Əsas səhifə › Xəbərlər › Çinar 2026-2027-ci Tədris İli Onlayn Sınaq İmtahanı Tarixləri

Çinar 2026-2027-ci Tədris İli Onlayn Sınaq İmtahanı Tarixləri

Çinar 2026-2027-ci Tədris İli Onlayn Sınaq İmtahanı Tarixləri

Çinar Onlayn Sınaq İmtahanlarının tarixləri açıqlandı

Çinar Monitorinq və Qiymətləndirmə Mərkəzi 2026–2027-ci tədris ili üzrə keçiriləcək “Çinar Onlayn Sınaq İmtahanları”nın tarixlərini elan edib.

İmtahanların ilkin mərhələsi diaqnostik qiymətləndirmə ilə başlayacaq. 19–27 sentyabr tarixlərində keçiriləcək qiymətləndirmə şagirdlərin mövcud bilik səviyyəsinin müəyyənləşdirilməsinə, güclü və inkişaf etdirilməli istiqamətlərinin aşkar olunmasına imkan yaradacaq.

Tədris ili ərzində ümumilikdə 8 onlayn sınaq imtahanı keçiriləcək:

Diaqnostik qiymətləndirmə — 19–27 sentyabr 2026

I onlayn sınaq imtahanı — 25 oktyabr–1 noyabr 2026

II onlayn sınaq imtahanı — 22–30 noyabr 2026

III onlayn sınaq imtahanı — 25 dekabr 2026–3 yanvar 2027

IV onlayn sınaq imtahanı — 27–31 yanvar 2027

V onlayn sınaq imtahanı — 21–28 fevral 2027

VI onlayn sınaq imtahanı — 25–31 mart 2027

VII onlayn sınaq imtahanı — 25–30 aprel 2027

VIII onlayn sınaq imtahanı — 23–30 may 2027


Onlayn sınaqlar şagirdlərin biliklərini mütəmadi yoxlamasına, nəticələrini müqayisə etməsinə və inkişafını mərhələli şəkildə izləməsinə şərait yaradacaq. İmtahanların müəyyən tarix aralığında keçirilməsi iştirakçılara özlərinə uyğun vaxt seçmək imkanı verəcək.

Şagirdlər imtahanlarda TEXNO ÇİNAR platforması vasitəsilə iştirak edə biləcəklər.

Biliklərini sına, inkişafını izlə və uğura doğru inamla addımla!

Məqaləni paylaşın
Əlaqə
(+99455) 224-56-26 [email protected]
Sosial şəbəkələr