Çinar 2026-2027-ci Tədris İli Canlı İmtahan Tarixləri
Çinar Bilik Yarışlarının 2026–2027-ci tədris ili üzrə tarixləri açıqlandı.
İmtahan canlı fotmatda keçiriləcək.
Çinar Monitorinq və Qiymətləndirmə Mərkəzi 2026–2027-ci tədris ilində keçiriləcək canlı “Çinar Bilik Yarışları”nın tarixlərini elan edib.
İl ərzində şagirdlərin bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi məqsədilə ümumilikdə 7 canlı imtahan təşkil olunacaq:
“Çinar Bilik Yarışı – 1” — 24 oktyabr 2026
“Çinar Bilik Yarışı – 2” — 21 noyabr 2026
“Çinar Bilik Yarışı – 3” — 19 dekabr 2026
“Çinar Bilik Yarışı – 4” — 23 yanvar 2027
“Çinar Bilik Yarışı – 5” — 20 fevral 2027
“Çinar Bilik Yarışı – 6” — 24 aprel 2027
“Çinar Bilik Yarışı – 7” — 22 may 2027
İmtahanların əsas məqsədi şagirdlərin tədris ili ərzində qazandıqları bilikləri yoxlamaq, inkişaf dinamikasını izləmək, zəif və güclü tərəflərini müəyyənləşdirmək, eyni zamanda onlarda sağlam rəqabət və imtahan təcrübəsi formalaşdırmaqdır.
Canlı imtahanlarla bağlı qeydiyyat, iştirak məntəqələri və digər ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.
Çinar imtahanları başlayır — biliklərini sına, inkişafını izlə və uğura doğru inamla addımla!
