Xəbərlər

2023-11-11 5625 baxış

3-cü və 4-cü sinif şagirdləri üçün Monitorinq İmtahanı keçiriləcək

8-14 noyabr tarixlərində Çinar Monitorinq və Qiymətləndirmə Mərkəzi dövlət ümumi təhsil müəssisələrinin 3-cü və 4-cü sinif şagirdləri üçün monitorinq təşkil edəcək. 

Monitorinq imtahanı ödənişsizdir və onlayn formatda keçiriləcək. 

Monitorinq oxuyub-anlama məzmun xətti və riyaziyyat fənni üzrə təşkil ediləcək. 

Bu monitorinqin əsas məqsədi şagirdlərin bilik səviyyəsini yoxlamaq, onların müvafiq standartlara uyğun bilik və bacarıqlarını müəyyən etmək və təhsil keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görməkdir.

Test tapşırıqları Elm və Təhsil Nazirliyinin dərsliklərindəki mövzulara uyğun olaraq hazırlanacaq. 

Monitorinqdə hansı fənlər olacaq?

✅3-cü sinif 
♦️Oxuyub-anlama məzmun xətti üzrə-15 sual.
 (Bədii mətndən 5, informativ mətndən 10 sual)
❗️Bədii mətn dinləmə formatında olacaq.
♦️Riyaziyyat-15 sual.
Cəmi: 30 sual 
Müddət: 90 dəqiqə

✅4-cü sinif
♦️Oxuyub-anlama məzmun xətti üzrə-30 sual. (Bədii mətndən 15, informativ mətndən 15 sual)
♦️Riyaziyyat-30 sual. 
(27 qapalı, 3 açıq tipli)
Cəmi: 60 sual
Müddət: 120 dəqiqə